"Neftçi" Raku ilə müqavilənin şərtlərini açıqladı

"Neftçi” klubu yeni transferi Petru Raku ilə mövsümün sonunadək müqavilə bağlayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu "Şerif” (2017-2018) olan Petru Raku Moldovanın "Zimbru” (2005-2007), "Veris” (2013-2014), "Milsami” (2015-2017), İsveçin "Norrçöpinq” (2007-2011), Finlandiyanın "MüPa-47” (2008) və Danimarkanın "Hyörrinq” (2012) klublarında da çıxış edib.

O, Moldova milli komandasının heyətində 47 oyun keçirib, 1 qol vurub.