"Neftçi" Rəhman Hacıyevlə müqavilə yenilədi

"Neftçi” futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb.

SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi ilə 2018/2019 mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb. Yeni müqaviləyə görə Hacıyev 2019/2020 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək.

Azərbaycan millisinin də üzvü olan futbolçu ötən mövsüm 32 oyunda 6 qola imza atıb.

Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov və Emin Mahmudovla müqavilə yenilənib.