"Neftçi" Rəhman Hacıyevsiz məşq edir

"Neftçi”də bir günlük istirahət başa çatıb. SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "ağ-qaralar" Topaz Premyer Liqasının XX turunda qarşılaşacağı "Sumqayıt”la oyunun hazırlığına start verib.

"Sabah”la qarşılaşmadan (3:0) sonra fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Zədəli Rəhman Hacıyevdən başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, martın 10-da "Kapital Bank Arena”da keçiriləcək "Sumqayıt” – "Neftçi” oyunu 16:30-da başlanacaq.