"Neftçi" Rumıniya klubu ilə qarşılaşacaq

"Neftçi”nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, komanda "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Rumıniyanın "Politexnika İaşi” klubu ilə qarşılaşacaq. Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 25-də deyil, 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Xatırladaq ki, "Neftçi” ilk sınaq matçında "SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla” klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.