"Neftçi" "Sabah"a belə qonaq gedir

Azərbaycan Premyer Liqasının 25-ci turunda "Sabah"la qarşılaşacaq "Neftçi"nin heyətində itkilər var.

Sportline.az xəbər verir ki, "ağ-qaralar"ın hücumçusu Canluka Sansone və qapıçı Aqil Məmmədov oyunu buraxacaq. Hər iki futbolçu ötən turun "Səbail"lə görüşündə (2:2) sarı vərəqə alaraq, cəzalı duruma düşüb.

Qeyd edək ki, aprelin 19-da keçiriləcək "Sabah" - "Neftçi" oyunu saat 18:30-da başlanacaq.