"Neftçi" - "Sabah" matçında bərabərlik

Bu gün Azərbaycan Premyer Liqasında 1-ci tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, sonuncu oyun günündə 1 matç keçiriləcək. Avropa Liqasında mübarizəni dayandıran "Neftçi" doğma meydanda "Sabah"ı qəbul edəcək. “Bakcell Arena”da olacaq görüş saat 20:00-da başlayacaq.


19 avqust

20:00. “Neftçi” – “Sabah” 1:1

Qollar: Rəşad Eyubov, 33 (0:1), Soni Mustivar, 40 (1:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
“Bakcell Arena”

16 avqust

“Keşlə” – “Qarabağ” - 0:1

17 avqust

19:00. “Qəbələ” – “Sumqayıt” - 0:2

18 avqust

20:00. "Səbail" - "Zirə" - 1:0