"Neftçi" "Sabah"la görüşün hazırlıqlarını yekunlaşdırdı

“Neftçi” Topaz Premyer Liqasının 19-cu turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığını tamamlayıb. SportLine.az saytının məlumatına görə, “ağ-qaralar” bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə oyunöncəsi son məşqə çıxıb.

Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.

Məşqə zədəli Rəhman Hacıyevdən başqa bütün futbolçular qatılıblar.

Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu sabah saat 18:30-da start götürəcək.