“Neftçi” "Sabah"la qarşılaşacaq
Topaz Premyer Liqasının XV turunda "Kəpəz” klubu ilə oyunun hazırlığını davam etdirən "Neftçi” daha bir yoxlama oyunu keçirəcək.
SportLine.az klubun rəsmi saytına xəbər verir ki, flaqman fevralın 5-də "Sabah” klubu ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında olacaq görüş saat 15:00-da başlanacaq.
Qeyd edək ki, "Neftçi” – "Kəpəz” matçı fevralın 11-də "Bakcell Arena”da keçiriləcək.