"Neftçi" - "Səbail" oyunu "Dalğa Arena"da
Topaz Premyer Liqasının 27-ci turunda keçiriləcək "Neftçi" - "Səbail" oyununun məkanı müəyyənləşib.
SportLine.az-ın "Səbail"in rəsmi "feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, qarşılaşma "Dalğa Arena"da oynanılacaq. Mayın 12-də keçriləcək görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Bakcell Arena" təmirə bağlandığından "Neftçi" bu mövsüm sonuncu ev oyununu "Dalğa Arena"da keçirəcək.