"Neftçi" "Səbail"i xalsız qoydu

Bu gün Topaz Premyer Liqasında 21-ci tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Qonşu pillələrdə qərarlaşan "Neftçi" və "Səbail" münasibətləri birincilərin meydanında aydınlaşdıracaq. "Ağ-qaralar" qələbə qazanmaqla "Zirə"yə bir qədər də yaxınlaşacaqlar. "Səbail" isə "Neftçi"yə çatmaq barədə düşünür.

Qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək.


02 aprel 2018
Topaz Premyer Liqası
21-ci tur

“Neftçi” – “Səbail” - 2:0
QOLLAR:
İqnasio Herrera, 49 (1:0); İqnasio Herrera, 87 (2:0)

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Azər Əsgərov, Ramil Diniyev
“Bakcell Arena”

Standings provided by Sofascore LiveScore