"Neftçi" "Şəki" ilə üz-üzə gəlib
Azərbaycan Basketbol Liqasının XII turunda daha bir matç keçirilib.
Sportline.az xəbər verir ki, A qrupunda "Neftçi" "Şəki" ilə üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində baş tutan matç "Neftçi"nin 82:60 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Ordu" "Quba"nı (116:111), "Lənkəran" "Sərhədçi"ni (72:69), "Naxçıvan" "Sumqayıt"ı (97:81), "Sabah" isə NTD-ni (121:76) üstələyib. XII tura yanvarın 11-də yekun vurulacaq.