"Neftçi" vətənə qələbə ilə dönür

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama matçını keçirib. SportLine.az xəbər verir ki, rəqib Rumıniyanın “Politexnika” kollektivi olub.

Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1. Paytaxt klubunun heyətində Rəhman Hacıyev, Baqali Dabo və Rəşad Eyubov fərqlənib.

Qeyd edək ki, "Neftçi" bunadək keçirdiyi üç yoxlama matçından qalib ayrılıb (“Şkupi (Makedoniya, 2:0), “Dunarea Kalaraşi” (Rumıniya, 2:0), “Çelik”ə (Bosniya və Herseqovina, 4:1).