"Neftçi" "Sperantsa" ilə bu stadionda oynayacaq

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda, "Sperantsa" komandası ilə qarşılaşacaqğı stadion müəyyənləşib.

Sportline.az xəbər verir ki, görüş, iyulun 11-də Kişinyovdakı "Zimbru" stadionunda təşkil olunacaq.

Nisporenı klubunun rəhbərliyi öncədən görüş üçün Orgeyevdəki idman kompleksini sifariş etmişdi. Lakin "Petrokub"un ilk görüşünü səfərdə keçirməsinə dair UEFA-nın qərarından sonra "Sperantsa" paytaxt stadionunda oynamağa qərar verib.

Qeyd edək ki, cavab görüşü iyulun 18-də "Bakcell Arena"da keçiriləcək.