"Neftçi" - "Sperantsa" görüşünün hakimləri açıqlandı

Avroliqanın I təsnifat mərhələsinin "Neftçi" - "Sperantsa" (Moldova) görüşünün hakimləri açıqlanıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyun avstriyadan olan briqadasına tapşırılıb.

Baş hakim Yulian Vaynberger olacaq. Ona yan xətdə Maksimilian Kolbiç və Mixael Nemets kömək edəcək. Andrea Hayss isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sperantsa" matçı saat 21:00-da başlanacaq. Komandalar arasında Moldovada oynanılan görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.