"Neftçi" - "Sperantsa" matçının başlama saatı

"Neftçi"nin, Avropa Liqasının I təsnifat mərhələsində, Moldovanın "Sperantsa" klubu ilə cavab oyununun da vaxtı açıqlanıb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 18-də Bakıda keçiriləcək oyun saat 21:00-da başlanacaq. Görüş "Bakcell Arena"da olacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 11-də Kişinyovda keçiriləcək və həmin oyun da Bakı vaxtı ilə 21:00-da start götürəcək. Bu cütün qalibi 2-ci raundda Rusiyanın "Arsenal" (Tula) klubu ilə üz-üzə gələcək.