"Neftçi" - "Sumqayıt" görüşünün vaxtı müəyyənləşdi

Futbol üzrə Topaz Premyer Liqasında XXII turun oyun cədvəli açıqlanıb. 

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mərkəzi görüşlər aprelin 8-nə təyin olunub. 

7 aprel (şənbə)

"Kəpəz” – "Keşlə”
Gəncə şəhər stadionu, 15:00

"Qarabağ” – "Səbail”
"Azersun Arena”, 18:30

8 aprel (bazar)

"Zirə” – "Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 16:30

"Neftçi” – "Sumqayıt”
"Bakcell Arena”, 18:30