"Neftçi" - "Sumqayıt" matçının biletləri satışda
Topaz Premyer Liqasının 14-cü turunda dekabrın 9-u saat 19:30-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.
SportLine.az xəbər verir ki, qiymət VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir.
Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.