"Neftçi" - “Sumqayıt” oyununun biletləri satışda

Topaz Premyer Liqasının XXII turu çərçivəsində keçiriləcək "Neftçi” – "Sumqayıt” oyununun biletləri sabah satışa çıxarılır.

SportLine.az xəbər verir ki, qiymət VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edəcək. Biletləri "Bakcell Arena”nın kassalarından və klubun stadionun ərazisindəki rəsmi fan-şopundan əldə etmək mümkündür.

Qeyd edək ki, aprelin 8-də "Bakcell Arena”da keçiriləcək oyun saat 18:30-da başlanacaq.