"Sumqayıt" qalib gəldi
Bu gün Topaz Premyer Liqasında 16-cı tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda - "Sumqayıt" və "Neftçi" münasibətləri birincilərin meydanında aydınlaşdıracaq.
"Kimyaçılar" qələbə qazanacaqları təqdirdə "Neftçi" ilə xal fərqini 5-ə çatdıracaq. "Ağ-qaralar" isə 3 xalla "Sumqayıt"ı arxada qoyacaqlar.
Qarşılaşma saat 18:30-da başlanacaq.
17 fevral 2018
Topaz Premyer Liqası
16-cı tur
“Sumqayıt” – “Neftçi” - 2:0
QOLLAR: Tural Axundov, 13/p. (1:0); Amil Yunanov, 17 (2:0)
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov
Sumqayıt. Şəhər stadionu