"Neftçi"dən əzmkar qələbə

Bu gün Topaz Premyer Liqasında 20-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma təşkil olunub.

Çempionluq uğrunda mübarizə aparan "Neftçi" Sumqayıta səfər edib. Yerli komanda ilə qarşılaşan "ağ-qaralar" qələbə qazanmaqla əsas rəqibləri - "Qarabağ"ı 2 xal qabaqlayıb və zirvəyə yüksəlib. 

10 mart 2019
Topaz Premyer Liqası
20-ci tur

"Sumqayıt" - "Neftçi" - 1:2
QOLLAR: 
Peyman Babayi, 26 (1:0); Mamadu Mbodj, 76 (1:1); Ömər Buludov, 87 (1:2)
QIRMIZI VƏRƏQƏ: Mehdi Cənnətov, 77 ("Sumqayıt")
Baş hakim: Rəşad Əhmədov
Sumqayıt şəhər stadionu

YER KOMANDA OYUN XAL
1. "Neftçi" 20 44
2. "Qarabağ" 20 42
3. "Səbail" 20 31
4. "Qəbələ" 20 28
5. "Sabah" 20 21
6. "Keşlə" 20 19
7. "Zirə" 20 19
8. "Sumqayıt" 20 16