"Neftçi" məğlub oldu, "Zirə" qələbə qazandı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Favoritlərdən "Neftçi" "Sumqayıt"la görüşdə məğlub olub.

"Zirə" isə "Səbail"i üstələyib.

15 dekabr 2018
Azərbaycan kuboku
1/4 final (ilk oyunlar)

“Zirə” – “Səbail” - 1:0
QOL:
İlkin Muradov, 45 (1:0)

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu
Dalğa Arena.

“Neftçi” – “Sumqayıt” - 0:2
QOLLAR: 
Əli Babayev, 28/p. (0:1); Şəhriyar Əliyev, 45+4 (0:2)

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov
Bakcell Arena.

Qeyd edək ki, "Qəbələ" - "Sabah" və "Qarabağ" - "Keşlə" matçları sabaha planlaşdırılıb.