"Neftçi" "Sumqayıt"la oyuna hazırlaşır

"Neftçi” komandası Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt”la oyunun hazırlığını davam etdirir.

Sportline.az xəbər verir ki, "Gənclik şəhəri” təmsilçisi ilə çempionat matçından sonra istirahət etməyən komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb.

Ruslan Abışovun fərdi məşq etdiyi hazırlıq prosesində bütün futbolçular iştirak ediblər.

Xatırladaq ki, dekabrın 15-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sumqayıt” oyunu saat 19:00-da başlanacaq.