"Neftçi" Tərlan Əhmədovla yolları ayırdı
"Neftçi” baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Müşahidə Şurasının və təsisçilərin qərarı ilə 47 yaşlı mütəxəssislə müqavilə yenilənməyib.
Klub rəhbərliyi Əhmədova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Tərlan Əhmədov "Neftçi"yə 2017-ci il sentyabrın 11-də baş məşqçi təyin olunub. "Ağ-qaralar" onun rəhbərliyi altında mövsümü 28 oyundan 46 xalla 3-cü pillədə başa vurublar.