"Neftçi" üçün xoşagəlməz statistika

“Neftçi” komandası Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb.

Sportline.az xəbər verir ki, “Sumqayıt”a 2:3 hesabı ilə uduzan Bakı klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb. 1992-ci ildən keçirilən bütün ölkə çempionatlarında iştirak edən bakılılar 775 matçda bu qədər qola üzülüb. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü neytral meydanda qeydə alınıb.

Qeyd edək ki, ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top.