"Neftçi" - "Uypeşt" görüşünün hakimləri məlumdur

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Neftçi” - "Uypeşt” (Macarıstan) matçını hakimləri açıqlanıb.

Sportline.az xəbər verir ki, 12 iyulda keçiriləcək görüşü Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. 

Qarşılaşmanı Dennis Yohan Hiler idarə edəcək. Ona Yost van Zuylen və Yohan Balder yardımçı olacaq. Dördüncü hakim funksiyasını Siemen Mulder yerinə yetircək.

Matçın hakim-inspektoru yunan Stavros Tritsonis, UEFA nümayəndəsi rusiyalı İvan Sitoviç olacaq.