Avroliqa: "Neftçi" və "Qəbələ"nin oyunlarının başlanma saatı açıqlandı

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" (Azərbaycan) - "Uypeşt" (Macarıstan) və "Qəbələ" (Azərbaycan) - "Proqres" (Lüksemburq) matçlarının başlanma vaxtı müəyyənləşib.

SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 12-də təşkil olunacaq "Neftçi" - "Uypeşt" qarşılaşması saat 21:00-da start götürəcək. Görüş Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da olacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" (Azərbaycan) - "Proqres" (Lüksemburq) görüşünün start fiti isə həmin gün, saat 20:00-da səslənəcək.

Qeyd edək ki, cavab matçları bir həftə sonra oynanılacaq.