"Neftçi" və "Qəbələ"nin oyunlarının vaxtı bilindi

UEFA “Qəbələ” və “Neftçi”nin Avropa Liqasının ikinci mərhələdəki hər iki oyununun vaxtını təsdiqləyib.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, iyulun 25-də keçiriləcək “Qəbələ” – “Dinamo” (Tiflis, Gürcüstan) görüşü Bakı vaxtı ilə saat 19.00-da, “Arsenal” (Tula, Rusiya) - “Neftçi” matçı saat 21.00-da başlanacaq.

Bu cütlərin cavab görüşü avqustun 1-i Tiflis və Bakıda olacaq. Hər iki oyun saat 21.00-da start götürəcək.