Avropa Liqası: "Neftçi" və "Qəbələ"nin potensial rəqibləri
Bu gün Avropa Liqasında da 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizin Avroliqadakı təmsilçiləri “Qəbələ” və "Neftçi"nin də potensial rəqibi məlum olub. "Qırmızı-qaralar" 2-ci mərhələdə Tbilisi "Dinamo"sunu keçsə, Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşacaq.
"Neftçi" isə "Arsenal"ı (Tula) keçsə, İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab qarşılaşmaları isə 15-də keçiriləcək.