"Neftçi" və "Səbail"in rəqibləri müəyyənləşir

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin püşkü atılacaq.

Sportline.az xəbər verir ki, Azərbaycanı bu mərhələdə “Neftçi” və “Səbail” komandaları təmsil edəcək.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.



“Neftçi”nin potensial rəqibləri

“Hibernians” (Malta)

“Rujomberok” (Slovakiya)

“Pandev Akademiyası” (Makedoniya)

 “Speranta” (Nisporeni, Moldova)

“Zeta” (Monteneqro)



“Səbail”in potensial rəqibləri

“Universitatya Krayova 1948” (Rumıniya)
 
“Baltsan” (Malta)
 
“Laçi” (Albaniya)
 
“Şkupi” (Makedoniya)
 
“Petrokub-Hincesti” (Moldova)

“Narva Trans” (Estoniya) 

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək. 

Əlavə edək ki, Azərbaycan kubokunun qalibi "Qəbələ" mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Əyalət təmsilçisinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də olacaq.