"Neftçi" "Vorskla"ya məğlub oldu

"Neftçi" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, "ağ-qaralar" Ukraynanın "Vorskla" klubu ilə qarşılaşıb. "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydançasındakı matçda Bakı təmsilçisi 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gələn "Neftçi"nin Rumıniyanın "Politexnika İaşi" klubu ilə oyunu güclü duman səbəbindən yarımçıq qalmışdı. Paytaxt təmsilçisi iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.