"Neftçi" "Xəzər Lənkəran"a futbol dərsi keçdi

"Neftçi”nin U-17 komandası növbəti qələbəsini qazanıb. 

SportLine.az xəbər verir ki, paytaxt komandası U-17 Liqasının 21-ci tur matçında "Xəzər Lənkəran”ın qapısından 6 cavabsız top keçirib. Qolları Sadiq Ağazadə, Vüsal Məmmədov, Turan Əhmədov, Ayxan Fərəcov və Yaqub Hüseynov vurublar. Bir dəfə isə avtoqol qeydə alınıb. 

U-17 bu qələbədən sonra 39 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.