"Neftçi" yeni baş məşqçini təqdim edəcək

"Neftçi" klubu yeni baş məşqçinin təqdimatına hazırlaşır.

Sportline.az xəbər verir ki, tədbirin sabah keçiriləcəyi gözlənilir. Yeni çalışdırıcının Liviya doğumlu italiyalı Roberto Bordin olacağı bildirilir.

Qeyd edək ki, Bordinin son iş yeri Moldovanın "Şerif" klubu olub.