"Neftçi" yeni futbolçusunu sifariş etdi

"Neftçi" klubu, yeni transferi Petru Rakunu Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirib.

Sportline.az xəbər verir ki, artıq moldovalı müdafiəçinin adı Bakı təmsilçisinin iştirak ərizəsinə salınıb.

31 yaşlı futbolçu bu gün Topaz Premyer Liqanın 17-ci turunun "Zirə" ilə səfər matçında meydana çıxa bilər.

Qeyd edək ki, "Zirə" - "Neftçi" oyunu saat 17:30-da başlanacaq