"Neftçi" yoxlama oyunu keçirəcək
Yeni mövsümün hazırlığını davam etdirən "Neftçi” klubunun əsas və əvəzedici komandaları yoxlama oyununda qarşılaşacaqlar.
SportLine.az xəbər verir ki, avqustun 4-də "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq görüş saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi"nin əsas komandası bundan əvvəlki sınaq matçında "Keşlə”yə 2:0 hesabı ilə qalib gəlib. Əvəzedicilər isə avqustun 1-də "Zirə” ilə üz-üzə gələcək.