"Neftçi" yüksək məbləğdə cərimələndi

UEFA İntizam Komitəsi Avropa Liqasında çıxış edən bəzi klubları cəzalandırıb.

Sportline.az xəbər verir ki, cərimələnən klublar arasında “Neftçi” də var.

Belə ki, qitə futbol qurumu paytaxt təmsilçisinə 40 min avro cərimə kəsib. Buna səbəb 3-cü təsnifat mərhələsinin avqustun 8-də “Bakcell Arena”da “Bney Yehuda” ilə oyunda (2:2) azarkeşlərin meydana kənar əşyalar atmasıdır.

Xatırladaq ki, avqustun 15-də “Ha Moşava” stadionunda baş tutan cavab matçında 1:2 hesabı ilə məğlub olan "ağ-qaralar" Avropa Liqasında mübarizəni dayandırmışdı.