"Neftçi" yunan futbolçu ilə razılığa gəldi

Son günlər adı "Neftçi" ilə hallanan Vangelis Platellasın Bakı klubu ilə razılığa gəldiyi bildirilib. SportLine.az yunan mətbuatına istinadən xəbər verir ki, hazırda OFİ klubunun şərəfini qoruyan yarımmüdafiəçi ilə 2,5 illik müqavilə bağlanılacaq.

"Neftçi"nin Platellasa ildə 130 min avro, OFİ-yə isə 50 min avro ödəyəcək. 

Qeyd edək ki, Vangelis Platellas karyerası ərzində legioner həyatı yaşamayıb. O, əvvəllər "Kallitea", "Ksanti", AEK, "Atromitos" və "Arif"də forma geyinib. Platellas OFİ-yə 2018-ci ilin yayında 1 illik müqavilə əsasında keçib.