"Neftçi" - "Zirə" matçının biletləri satışda

Azərbaycan Premyer Liqasının XI turunda "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Zirə” oyununun biletləri satışa çıxarılıb.

SportLine.az xəbər verir ki, qiymət VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir.

Azarkeşlər biletləri "Bakcell Arena”nın kassalarından əldə edə bilərlər. 

Qeyd edək ki, noyabrın 10-da keçiriləcək "Neftçi" - "Zirə" matçı saat 19:30-da başlayacaq.