"Neftçi" 3 xalı 3 qolla qazandı
Bu gün Topaz Premyer Liqasında 23-cü tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha üç qarşılaşma keçiriləcək.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda - "Zirə" və "Neftçi" münasibətləri birincilərin meydanında aydınlaşdıracaq. "Ağ-qaralar" qələbə qazanmaqla "Zirə" ilə xal fərqini minimuma endirəcəklər. Meydan sahibləri isə 3-cü pilləyə qayıtmaq üçün 3 xala ehtiyac duyurlar.
Qarşılaşma saat 19:00-da başlanacaq.
15 aprel 2018
Topaz Premyer Liqası
23-cü tur
“Zirə” – “Neftçi” - 0:3
QOLLAR: Rəhman Hacıyev, 10/p. (0:1); İqnasio Herrera, 90 (0:2); Rəşad Sadiqov, 90+3 (0:3)
QIRMIZI VƏRƏQƏ: Yani Urdinov, 51 ("Zirə")
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu
Standings provided by Sofascore LiveScore