"Neftçi"də 3 yeni müqavilə
"Neftçi" üç futbolçusu ilə müqavilə yeniləyib. SportLine.az klubun saytına əsasən xəbər verir ki, Anton Krivotsyuk, Soni Mustivar və Namik Ələskərovla 2019/2020-ci il mövsümünün sonunadək razılığa gəlinib.
Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov və Rəhman Hacıyevlə yeni müqavilə imzalanıb.