"Neftçi"də ciddi itki: Ələskərov 1 ay oynamayacaq

UEFA Avropa Liqasında mübarizə aparan "Neftçi" ciddi itki ilə üzləşib. SportLine.az xəbər verir ki, "ağ-qaralar" Namik Ələskərovun xidmətindən məhrum olub. 

Müayinədən sonra futbolçunun bir ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib. Onun sol dizində ön çarpaz bağın gərildiyi və hissəvi qopma olduğu müəyyənləşib.

Qeyd edək ki, N.Ələskərov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda "Uypeşt"ə qarşı keçirilən görüşdə zədələnib.