"Neftçi"də Emin Mahmudov problemi
Azərbaycan milli komandasının düşərgəsindən zədəli qayıdan futbolçu Emin Mahmudovun sağ ayağının gətirici əzələsinin sümüyə birləşən hissəsində birinci dərəcəli gərilmə var. SportLine.az xəbər verir ki, bir neçə gün müalicə olunacaq yarımmüdafiəçinin sentyabrın 22-də "Zirə”yə qarşı oynayıb-oynamayacağı sual altındadır.
Qeyd edək ki, Emin Mahmudov məhz bu səbəbdən dünən "Keşlə” ilə oyunu buraxıb.
"Neftçi" PFK-nın məlumatı