"Neftçi"də yeni müqavilə

"Neftçi”  futbolçusu Səlahət Ağayevlə müqavilənin müddətini 2 il uzadıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı qapıçı 2020/2021-ci illər mövsümünün sonunadək komandada oynayacaq.

Qeyd edək ki, S. Ağayev son mövsüm bütün görüşlərdə (32 matç) meydana çıxıb.