"Neftçi"dən ayrılan futbolçu Yunanıstan klubunda
"Neftçi" ilə yolları ayıran Slavko Braliçin yeni iş yeri məlum olub. SportLine.az xəbər verir ki, xorvatiyalı futbolçu karyerasını Yunanıstanda davam etdirəcək. O, AEL klubu ilə müqavilə imzalayıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 27 yaşlı müdafiəçi növbəti 2,5 ildə Larisa təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, S.Braliç ötən il "Neftçi"yə keçmişdi.