"Neftçi"dən daha bir transfer
"Neftçi” daha bir futbolçunu transfer edib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı Slavko Braliçlə 1 illik müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi 28 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Slavko Braliçin sonuncu klubu "Şiroki Brieq” (Bosniya və Herseqovina) olub. O, Xorvatiyanın "Omladinas Vranyiç”, "Solin” və "Osiyek” komandalarında da çıxış edib. Bunadək "Neftçi” cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib.