"Neftçi"dən keçmiş komandasına döndü

Mövsümün sonunda “Neftçi”dən ayrılan Qoran Paratskinin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı futbolçu 2014-2016 mövsümündə formasını geyindiyi “Slaven” (Belupa) ilə müqavilə bağlayıb. Məlumatı Xorvatiya klubunun rəsmi saytı yayıb.

Qeyd edək ki, Paratski “Neftçi”yə 2018-ci ilin yayında Yeni Zelandiyanın “Vellinqton Feniks” klubundan keçmişdi.