"Neftçi"dən "Arsenal"a atmaca

Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" klubuna iki oyunda da qalib gələn (1:0, 3:0) "Neftçi" növbəti dəfə sosial şəbəkə vasitəsilə Tula təmsilçisinə söz atıb.

Sportline.az xəbər verir ki, "ağ-qaralar" bu dəfə London "Arsenal"ını da məsələyə qatıb.

Belə ki, "Neftçi" "Twitter" səhifəsindən Rusiya təmsilçisinə təsəlli verərək, onların ölkəmizi məğlub tərk edən yeganə "Arsenal" olmadığını yazıb: "Özünüzü məzlum kimi hiss etməyin, Tula "Arsenal"ı. Siz bu il Bakıda məğlub olan yeganə "Arsenal" deyilsiniz. Doğrudur, London "Arsenal"ı? Yaxşı səyahət və yumşaq eniş edin, dostlar".