"Neftçi"dən milliyə bir futbolçu

"Neftçi”nin futbolçusu Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya millisinin düşərgəsinə qoşulub.

Sportline.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi iyunun 6-adək komandanın təlim-məşq toplanışında iştirak edəcək.

Qeyd edək ki, Mamadu Kane son mövsümün ikinci yarısından etibarən "Neftçi”nin heyətində 9 oyun keçirib.