"Neftçi"nin 5 futbolçusu milliyə dəvət aldı

"Neftçi” PFK-nın 3 futbolçusu Azərbaycanın U-17 milli komandasına dəvət olunub.

SportLine.az xəbər verir ki, bunlar, Valeh Qəhrəmanlı, Fərid Yusifli və Mahir Həsənovdur. Aprelin 3-dən 8-dək Bakıda təlim-məşq toplanışına qatılacaq "Neftçi”nin üzvləri ayın 9-dan 15-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcəklər.

"Neftçi” PFK-nın daha 2 futbolçusu isə U-16 milli komandasına dəvət alıblar. Mirəli Əhmədov və Nihad Cəfərov aprelin 2-dən 6-dək Bakıda olacaq seleksiya xarakterli təlim-məşq toplanışına qoşulacaqlar.

"Neftçi" PFK-nın məlumatı