"Neftçi"nin 9-cu günü

Yeni mövsümə hazırlğını Türkiyədə davam etdirən "Neftçi” PFK bir günlük istirahətdən sonra məşqləri bərpa edib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda hazırlığın 9-cu günündə səhər məşqinə çıxıb. Fiziki və standart vəziyyətlər üzərində qurulan məşqdə bütün futbolçular iştirak ediblər. Günün hazırlığı axşam məşqi ilə başa çatıb.

Xatırladaq ki, "Neftçi” növbəti yoxlama görüşünü iyulun 2-də keçirəcək. Bosniya və Herseqovinanın "Çelik” klubu ilə oyun saat 17:00-da (Bakı vaxtı ilə 18:00) komanda məskunlaşdığı "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutacaq.