"Neftçi"nin Avroliqadan qazancı

Avropa Liqasının III təsnifat mərhələsində İsrail "Bney Yehuda"sına uduzan "Neftçi" UEFA-dan 780 min avro qazanıb.

Sportline.az xəbər verir ki, I, II və III təsnifat mərhələlərində iştirak edən paytaxt klubu müvafiq olaraq, 240, 260 və 280 min avro mükafat alıb.

Paytaxt klubu pley-offa adlasaydı, minimum 300 min avro qazanacaqdı. Qrup mərhələsinə düşən kluba UEFA 2,92 milyon avro mükafat verir.